Avropa çempionatı: Bu gün Azərbaycanın 7 cüdoçusu tatamiyə çıxacaq
Almaniyanın Potsdam şəhərində keçirilən 23 yaşa qədər idmançıların cüdo üzrə Avropa çempionatı davam edir.
BrendSport.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın 7 idmançısı tatamiyə çıxacaq.
Qadınların mübarizəsində Südabə Ağayeva (70 kiloqram), Nərmin Əmirli (78 kiloqram), Nigar Süleymanova (+78 kiloqram) qüvvələrini sınayacaqlar.
Oğlanlar arasında isə Məhərrəm İmamverdiyev (81 kiloqram), İsmayıl Zamanov (90 kiloqram), Ruslan Nəsirli (100 kiloqram), Kənan Nəsibov (+100 kiloqram) medallar uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, millimiz noyabrın 19-u yekunlaşacaq turnirdə 14 çəki dərəsində 16 cüdoçu ilə təmsil olunur.
Facebook-da paylaş