Əsas Səhifə > Dünya idmanı > Avropa çempionatı: Bu gün Azərbaycanın 7 cüdoçusu tatamiyə çıxacaq

Avropa çempionatı: Bu gün Azərbaycanın 7 cüdoçusu tatamiyə çıxacaq


18-11-2023, 14:34


Almaniyanın Potsdam şəhərində keçirilən 23 yaşa qədər idmançıların cüdo üzrə Avropa çempionatı davam edir.

BrendSport.az
xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın 7 idmançısı tatamiyə çıxacaq.

Qadınların mübarizəsində Südabə Ağayeva (70 kiloqram), Nərmin Əmirli (78 kiloqram), Nigar Süleymanova (+78 kiloqram) qüvvələrini sınayacaqlar.

Oğlanlar arasında isə Məhərrəm İmamverdiyev (81 kiloqram), İsmayıl Zamanov (90 kiloqram), Ruslan Nəsirli (100 kiloqram), Kənan Nəsibov (+100 kiloqram) medallar uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, millimiz noyabrın 19-u yekunlaşacaq turnirdə 14 çəki dərəsində 16 cüdoçu ilə təmsil olunur.
Geri qayıt