Gənc idman gimnastlarımız dünya çempionatında güclərini sınayıblar
Antalyada gənclər arasında idman gimnastikası üzrə dünya çempionatı keçirilib.
BrendSport.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, dünyanın 65 ölkəsindən 300 ən güclü gənc idmançının toplaşdığı Antalya Gimnastika Salonunda çempion titulu uğrunda gedən gərgin mübarizədə Azərbaycan təmsilçiləri də yer alıblar.
Yarışda ölkəmizi kişilər arasında Rəsul Əhmədzadə, Anar Həsənov, qadınlar arasında Dəniz Əliyeva, Duyğu Məcidzadə və Aytən Məmmədova təmsil ediblər.
Çempionatda idmançılar ayrı-ayrı alətlər üzrə fərdi və çoxnövçülük proqramında, eləcə də komanda yarışlarında güclərini sınayıblar.
İlk dəfə dünya çempionatı həyəcanı yaşayan gənc gimnastlarımız təsnifat mərhələsində müxtəlif alətlərdə çıxış ediblər.
Qarşıda böyük yaşlı idman gimnastlarımızı aprelin 11-16-da eyni şəhərdə keçiriləcək Avropa çempionatı gözləyir.
Facebook-da paylaş