Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanın stolüstü tennisçiləri Birləşmiş Ərəb Əmirliklərinə yollanıblar



Azərbaycanın stolüstü tennisçiləri növbəti təlim-məşq toplanışına qatılacaqlar.

BrendSport.az
xəbər verir ki, milli komandanın üzvləri – Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Xədicə Əbilzadə, Səbinə Məmmədova və Nigar Mahmudova bu məqsədlə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yollanıblar. İdmançılar baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi altında dekabrın 15-dən etibarən BƏƏ-də yerli komanda ilə birgə hazırlıq keçəcəklər.

Birləşmiş Ərəb Əmirlikləri Stolüstü Tennis Federasiyasının təşəbbüsü ilə Şarja şəhərində təşkil olunacaq təlim-məşq toplanışına dekabrın 24-də yekun vurulacaq.


Facebook-da paylaş

Xəbəri paylaş