Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Stolüstü tennisçilərimiz növbəti beynəlxalq təlim-məşq toplanışında



Stolüstü tennisçilərimiz növbəti beynəlxalq təlim-məşq toplanışına qatılıblar.

BrendSport.az
xəbər verir ki, seçmə komandamız bu məqsədlə Türkiyənin paytaxtı Ankaraya yollanıb. Baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə Vəzir Allahverdiyev, Nihat Məmmədov, Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Xədicə Əbilzadə, Arzu Aslanova, Mərziyyə Nurmətova, Yağmur Məmmədli və Aylin Əsgərova bu gündən aprelin 1-dək toplanışda olacaq. Hazırlıq prosesi Türkiyə seçmə komandası ilə birgə keçiriləcək. Qeyd edək ki, daha bir stolüstü tennisçimiz Onur Quluzadə hazırda Çin Xalq Respublikasında təlim-məşq toplanışındadır.


Facebook-da paylaş

Xəbəri paylaş