Əsas Səhifə > Milli komandalar > Azərbaycanın stolüstü tennisçiləri Birləşmiş Ərəb Əmirliklərinə yollanıblar
Azərbaycanın stolüstü tennisçiləri Birləşmiş Ərəb Əmirliklərinə yollanıblarDünən, 12:06 |
![]() Azərbaycanın stolüstü tennisçiləri növbəti təlim-məşq toplanışına qatılacaqlar. BrendSport.az xəbər verir ki, milli komandanın üzvləri – Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Xədicə Əbilzadə, Səbinə Məmmədova və Nigar Mahmudova bu məqsədlə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yollanıblar. İdmançılar baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi altında dekabrın 15-dən etibarən BƏƏ-də yerli komanda ilə birgə hazırlıq keçəcəklər. Birləşmiş Ərəb Əmirlikləri Stolüstü Tennis Federasiyasının təşəbbüsü ilə Şarja şəhərində təşkil olunacaq təlim-məşq toplanışına dekabrın 24-də yekun vurulacaq. Geri qayıt |