Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Stolüstü tennisçilərimiz Çexiyaya yollanıblar

Stolüstü tennisçilərimiz Çexiyaya yollanıblar


Yeniyetmə stolüstü tennisçilərimiz Şakir Qədirov və Banu Baytallı “Evrotalent selection camp” beynəlxalq seçim toplanışına qatılıblar.
BrendSport.az Azərbaycan Stolüstü Tennis Federasiyasına istinadla xəbər verir ki, idmançılarımız məşqçi Rüfət Əliyevanın rəhbərliyi ilə aprelin 9-dək Çexiyanın Havirov şəhərində keçirilən seçim mərhələsində bacarıqlarını göstərəcəklər.
Təlim-məşq toplanışının nəticələrinə əsasən, fərqlənən idmançılar qitənin istedadlı stolüstü tennisçiləri sırasına daxil olacaqlar və beynəlxalq federasiya tərəfindən təşkil olunan toplanışlarda ustalıqlarını artırmaq imkanı qazanacaqlar.


Facebook-da paylaş

Xəbəri paylaş