Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ukrayna millisinin sabiq hücumçusu: Azərbaycanla oyunda arxayınlaşmaq olmaz



Ukrayna millisinin sabiq hücumçusu Artyom Milevski DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığması ilə bu gün keçiriləcək IV tur oyunundan öncə komanda üzvlərinə müraciət edib.

BrendSport.az
xəbər verir ki, o, İslandiya üzərindəki parlaq qələbədən (3:0) sonra futbolçuları arxayınlaşmamağa və diqqətlərini tam olaraq matça cəmləməyə çağırıb.

Azərbaycan millisi ilə oyunun önəmini xüsusi vurğulayan keçmiş futbolçu bildirib ki, əsas məqsəd növbəti 3 xalı qazanmaq olmalıdır.

Qeyd edək ki, Krakov şəhərindəki Yozef Pilsudski adına stadionda oynanılacaq Ukrayna – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Bu komandalar arasında Bakıda keçirilmiş görüş 1:1 hesablı heç-heçə ilə başa çatmışdı. İlk 3 turdan sonra Azərbaycan millisi 1 xalla qrupda sonuncudur. 4 xalı olan Ukrayna seçməsi isə 2-ci sırada qərarlaşıb.


Facebook-da paylaş

Xəbəri paylaş