Əsas Səhifə > Milli komandalar > Ukrayna millisinin sabiq hücumçusu: Azərbaycanla oyunda arxayınlaşmaq olmaz
Ukrayna millisinin sabiq hücumçusu: Azərbaycanla oyunda arxayınlaşmaq olmazBu gün, 18:53 |
![]() Ukrayna millisinin sabiq hücumçusu Artyom Milevski DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığması ilə bu gün keçiriləcək IV tur oyunundan öncə komanda üzvlərinə müraciət edib. BrendSport.az xəbər verir ki, o, İslandiya üzərindəki parlaq qələbədən (3:0) sonra futbolçuları arxayınlaşmamağa və diqqətlərini tam olaraq matça cəmləməyə çağırıb. Azərbaycan millisi ilə oyunun önəmini xüsusi vurğulayan keçmiş futbolçu bildirib ki, əsas məqsəd növbəti 3 xalı qazanmaq olmalıdır. Qeyd edək ki, Krakov şəhərindəki Yozef Pilsudski adına stadionda oynanılacaq Ukrayna – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Bu komandalar arasında Bakıda keçirilmiş görüş 1:1 hesablı heç-heçə ilə başa çatmışdı. İlk 3 turdan sonra Azərbaycan millisi 1 xalla qrupda sonuncudur. 4 xalı olan Ukrayna seçməsi isə 2-ci sırada qərarlaşıb. Geri qayıt |