Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Dünya çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi bürünc medal qazanıb



Bolqarıstanın Samokov şəhərində U-20 dünya çempionatı davam edir.

BrendSport.az
xəbər verir ki, ikinci yarış günündə 2 sərbəst güləşçimiz bürünc medal qazanıb.

Nurlan Ağazadə (70 kiloqram) debüt etdiyi mundialda fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Həmyerlimiz həlledici görüşdə gürcüstanlı Qoqa Otinaşvilidən güclü olub – 4:0.

Yusif Dursunov (125 kiloqram) bürünc medal uğrunda qarşılaşmada fransalı Levan Laqvilavayla üz-üzə gəlib. Son saniyələrdə həlledici xalı alan güləşçimiz 2:1 hesablı qələbə ilə dünya üçüncüsü olub.


Facebook-da paylaş

Xəbəri paylaş