Əsas Səhifə > Milli komandalar > Dünya çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi bürünc medal qazanıb
Dünya çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi bürünc medal qazanıb18-08-2025, 22:26 |
![]() Bolqarıstanın Samokov şəhərində U-20 dünya çempionatı davam edir. BrendSport.az xəbər verir ki, ikinci yarış günündə 2 sərbəst güləşçimiz bürünc medal qazanıb. Nurlan Ağazadə (70 kiloqram) debüt etdiyi mundialda fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Həmyerlimiz həlledici görüşdə gürcüstanlı Qoqa Otinaşvilidən güclü olub – 4:0. Yusif Dursunov (125 kiloqram) bürünc medal uğrunda qarşılaşmada fransalı Levan Laqvilavayla üz-üzə gəlib. Son saniyələrdə həlledici xalı alan güləşçimiz 2:1 hesablı qələbə ilə dünya üçüncüsü olub. Geri qayıt |