Türkiyənin voleybol yığması Millətlər Liqasında mübarizəni dayandırıb

Türkiyənin qadınlardan ibarət voleybol yığması Millətlər Liqasında növbəti oyununa çıxıb.
BrendSport.az xəbər verir ki, komanda 1/4 finalda Yaponiya millisi ilə qarşılaşıb.
Polşanın Lodz şəhərində yerləşən “Atlas Arena”da keçirilən görüş Asiya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da “ay-ulduzlular” turnirlə vidalaşıb.
Türkiyəli Fərhat Akbaşın baş məşqçisi olduğu Yaponiya seçməsi yarımfinalda Braziliya – Almaniya qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.
Facebook-da paylaş
