Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



9 boksçumuz beynəlxalq turnirin finalına yüksəlib, 13-ü bürünc medal qazanıb



Gənc boksçular arasında Abbas Ağalarovun xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnirdə yarımfinal mərhələsinin döyüşləri keçirilib.

BrendSport.az
xəbər verir ki, Bakı Boks Mərkəzində baş tutan ənənəvi yarışda finalçılar müəyyənləşib.

26 döyüşdə Azərbaycan millisinin 22 boksçusu rinqə çıxıb. Onlardan 9-u adını finala yazdırıb. 13 idmançımız isə turniri bürünc medalla başa vurub.

Qazaxıstan millisinin də finalda 9 boksçusu mübarizə aparacaq. Həlledici döyüşlərdə Özbəkistanla Tacikistan hərəyə 3, Rusiya 2 idmançı ilə təmsil olunacaq. Səudiyyə Ərəbistanı yığmasının idmançıları 1/4 və “Royal” (Litva) klubunun boksçuları isə 1/2 final səddini keçə bilməyiblər.

Finallar bu gün saat 13:00-da başlayacaq.

Qeyd edək ki, yarışa 7 komandanın 97 boksçusu qatılıb.

Yarımfinallar
48 kq
Abay Toleybekov (Qazaxıstan) – Muinxuja Muminov (Tacikistan) – 0:5
Ayaz Tağızadə (Azərbaycan) – Bilalhəbəşi Nəzərov (Azərbaycan) – 0:5

51 kq
Zidan Hümbətov (Azərbaycan) – Sabir Dadaşov (Azərbaycan) – 5:0
Muxşin Rahmanov (Tacikistan) – Bexultan Boranbek (Qazaxıstan) – ikinci tam üstünlüklə qalib gəlib

54 kq
Ömər Aslanlı (Azərbaycan) – Anuşervon Fozilov (Tacikistan) – 1:4
Aydak Kadirxan (Qazaxıstan) – Yerasil Amanqaliyev (Qazaxıstan) – 0:5

57 kq
Tağı Nəsibov (Azərbaycan) – Janseri Koşerbayev (Qazaxıstan) – birinci tam üstünlüklə qalib gəlib
Məhəmmədəli Aşurəliyev (Azərbaycan) – Maqomedrasul İbrahimov (Rusiya) – 5:0

60 kq
Məhəmmədəli Qasımzadə (Azərbaycan) – Bek Joldaşbek (Qazaxıstan) – 4:1
Tofiq Zairov (Azərbaycan) – Canarslan Temirbiyev (Rusiya) – 0:5

63,5 kq
Səid Yunusov (Özbəkistan) – Mehrab Abbasov (Azərbaycan) – birinci tam üstünlüklə qalib gəlib
Ruslan Qafurov (Tacikistan) – Renat Krepştul (“Röyal” klubu, Litva) – 5:0

67 kq
Hüseyn Hacıyev (Azərbaycan) – Abbasqulu Şadlinski (Azərbaycan) – 1:4
Dias Serikuli (Qazaxıstan) – Torexan Sabirxan (Qazaxıstan) – 0:5

71 kq
Oner Seilxan (Qazaxıstan) – Şamsiddin Tursunov (Özbəkistan) – 5:0
Almuhamed Ahmetov (Qazaxıstan) – Ayxan Əliyev (Azərbaycan) – 4:1

75 kq
Fuad Babayev (Azərbaycan) – Mircəlal Mirağayev (Azərbaycan) – 0:5
Sanjar-Ali Beqaliv (Qazaxıstan) – Damir Sineyev (Qazaxıstan) – 5:0

80 kq
Şamil Saqidoldayev (Qazaxıstan) – Cavohir Mexriddinov (Özbəkistan) – 0:5
Şamil Nəcəfov (Azərbaycan) – Madiyar Behultanov (Qazaxıstan) – ikinci tam üstünlüklə qalib gəlib

86 kq
Şahin Dadaşov (Azərbaycan) – Rahmotjon Kodirov (Özbəkistan) – 0:5
Rza Novruzov (Azərbaycan) – Ruslan Qəhrəmanov (Azərbaycan) – 0:5

92 kq
Daulet Daniyar (Qazaxıstan) – Kənan Nəcəfov (Azərbaycan) - birinci tam üstünlüklə qalib gəlib
Danielius Baltruşaitis (“Royal”, Litva) – Yerali Şopanov (Qazaxıstan) – 2:3

+92 kq
Orxan Ağayev (Azərbaycan) – Həsən Sadıqzadə (Azərbaycan) – 5:0
Umidjon Şaripov (Özbəkistan) – Maqomedxan Malaçiyev (Rusiya) - ikinci tam üstünlüklə qalib gəlib


Facebook-da paylaş

Xəbəri paylaş