Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün B Liqasına yüksələ bilər
Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Millətlər Liqasında növbəti oyununu keçirəcək.
BrendSport.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda V turda Kipr kollektivinin qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Meydan sahibləri 7 xalla ikinci pillədə qərarlaşıb, yığmamız 10 xalla liderdir.
Komandamız qələbə qazanacağı təqdirdə B Liqasına yüksələcək.
C Liqasının 3-cü qrupunun digər görüşündə Monteneqro Farer adaları ilə üz-üzə gələcək. Bu matç isə saat 16:00-da start götürəcək.
Facebook-da paylaş