Azərbaycan millisi növbəti oyununu keçirəcək
Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında bu gün növbəti oyununu keçirəcək.
BrendSport.az xəbər verir ki, komanda səfərdə Farer adaları yığması ilə qarşılaşacaq.
Görüşü Latviyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Jelena Jermolajevadır. Ona həmyerliləri Liga Didrike, Diana Vanaga kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Darja Voitehoviça yerinə yetirəcək.
Qeyd edək ki, Klaksvik şəhərindəki “Djupumyru” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Facebook-da paylaş