Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



AVRO-2025: Azərbaycanın U-21 yığması bu gün növbəti oyununu keçirəcək


21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün AVRO-2025-in seçmə mərhələsində növbəti oyununu keçirəcək.

BrendSport.az
xəbər verir ki , Samir Əliyevin baş məşqçisi olduğu komanda ukraynalı həmyaşıdları ilə üz-üzə gələcək.

İspaniyanın Mursiya şəhərindəki “Nueva Kondomina” stadionunda reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Rəqib 12 xalla liderdir, 3 oyuna 3 xal əldə edən U-21 yığmamız 4-cü pillədə qərarlaşıb.

F qrupunun digər görüşlərində Serbiya Lüksemburqu, İsveçrə Rumıniyanı qəbul edəcək.

AVRO-2025, seçmə mərhələ

22:00. Ukrayna - Azərbaycan

Baş hakim: İrakli Kvirikaşvili (Gürcüstan).

İspaniya. Mursiya. “Nueva Kondomina” stadionu.

Xal durumu: Ukrayna - 12 (4 oyuna), İngiltərə - 9 (4), Serbiya - 6 (4), Azərbaycan - 3 (3), Lüksemburq - 3 (5), Şimali İrlandiya - 3 (4).


Facebook-da paylaş

Xəbəri paylaş