Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Mahir Emreli: Komanda olaraq bu qələbənin davamını gətirmək istəyirik


Çox vacib bir qələbəyə imza atdıq. Ümid edirəm ki, Belçika ilə oyundan sonra da yüksək motivasiya ilə Vətənə qayıdarıq.

BrendSport.az
xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Mahir Emrəli İsveçə 3:0 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

O, baş məşqçi Canni de Byazinin komandaya inandığını bildirib: "Hamımız meydana çıxanda sadəcə qələbə haqqında düşünürdük. İstədiyimizə nail olduq. Buna görə də hamımızın əhval-ruhiyyəsi yüksəkdir. Xüsusilə, son qarşılaşmalarda yaxşı oyun nümayiş etdirmişik. Komanda olaraq istəyirik ki, bu nailiyyətin davamını gətirək".

Qeyd edək ki, yığmamız növbəti oyununu noyabrın 19-da “Kral Boduin” stadionunda Belçika kollektivi ilə keçirəcək. Matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.


Facebook-da paylaş

Xəbəri paylaş