Azərbaycan millisinin sabiq futbolçusu 34 yaşında vəfat edib
Azərbaycan millisinin sabiq futbolçusu Şəhriyar Rəhimov vəfat edib.
BrendSport.az xəbər verir ki, keçmiş müdafiəçi 34 yaşında dünyasını dəyişib.
Onun ölümünə səbəb bir müddətdir əziyyət çəkdiyi xərçəng xəstəliyi olub. Ş.Rəhimov müalicə aldığı Türkiyədə vəfat edib.
Qeyd edək ki, Şəhriyar Rəhimov 2018-2019-cu illərdə Azərbaycan millisinin heyətində 9 oyunda iştirak edib. O, karyerası ərzində “İnter” (indiki “Şamaxı”), “Karvan”, AZAL, “Rəvan”, “Kəpəz”, “Zirə” və “Səbail” klublarının formasını geyinib. 2022-ci ilin əvvəlində “Səbail”də olarkən karyerasını başa vurub.
Facebook-da paylaş