Tibo Kurtua Azərbaycan yığması ilə oyuna çağırılacaq
Belçika millisinin futbolçusu Tibo Kurtua AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan və Estoniya yığmaları ilə keçiriləcək oyunlara çağırılacaq.
BrendSport.az xəbər verir ki, 31 yaşlı qapıçı yığma karyerasını bitirmək fikrində deyil.
Son toplanış zamanı kapitanlıq sarğısının ona verilməməsindən narazı qalaraq baş məşqçi Domeniko Tedesko ilə mübahisə edən qolkiper Madriddə Belçika Futbol Assosiasiyasının nümayəndələri ilə görüşüb. Tedesko özü də tezliklə ulduz futbolçu ilə görüşəcək.
Qeyd edək ki, AVRO-2024-ün seçmə mərhələsində sentyabrın 9-da Azərbaycan millisinin qonağı olacaq Belçika üç gün sonra Estoniyanı qəbul edəcək.
Facebook-da paylaş