Uels millisinin sabiq futbolçusu Rayan Giqqz bəraət alıb
Sevgilisini döyməkdə ittiham olunan Uels millisinin və İngiltərənin "Mançester Yunayted" klubunun sabiq futbolçusu Rayan Giqqzin günahsız olduğu müəyyənləşib.
BrendSport.az xəbər verir ki, 50 yaşlı keçmiş yarımmüdafiəçi bəraət alıb.
İyulun 31-nə təyin edilmiş məhkəmə prosesi baş tutmayacaq. Giqqzin bütün ittihamlar üzrə günahsız olduğu sübuta yetirilib.
Qeyd edək ki, Rayan Giqqz 2020-ci ilin noyabrında keçmiş sevgilisinə hücumda ittiham edilib. O, hadisədən sonra polis tərəfindən saxlanılsa da, bir gün sonra zaminə buraxılıb. 2018-ci ildə yığmanın baş məşqçisi təyin olunan mütəxəssis 2021-ci ildə komanda ilə vidalaşmalı olub.
Facebook-da paylaş