Cüdoçularımız III Avropa Oyunlarında mübarizəni dayandırıblar
Cüdo üzrə Azərbaycan millisi Polşada keçirilən III Avropa Oyunlarının qarışıq komanda yarışında mübarizəni dayandırıb.
BrendSport.az xəbər verir ki, cüdoçularımız səkkizdəbir final mərhələsində Fransa seçməsi ilə qarşılaşıblar. Görüş rəqibin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində Günel Həsənli (70 kq), Nigar Süleymanova (+70 kq), Vüqar Talıbov (90 kq) və Camal Həmzətxanov (+90 kq) tatamidən məğlub ayrılıblar.
Komandamız ilk görüşündə Çexiya millisini 4:1 hesabı ilə üstələyib.
Qeyd edək ki, komanda yarışları bu gün başa çatacaq.
Facebook-da paylaş