Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Əliyar Ağayev İngiltərə - Almaniya oyununu idarə edəcək



Azərbaycanın FIFA referisi Əliyar Ağayevin 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatında idarə edəcəyi növbəti oyun müəyyənləşib.

BrendSport.az
xəbər verir ki, o, C qrupunun III turundakı İngiltərə - Almaniya görüşündə baş hakim olacaq.

Ədalət təmsilçisinə laynsmanlar qismində Zeynal Zeynalovla Akif Əmirəli yardımçı olacaq.

Qeyd edək ki, iyunun 28-də "Batumi Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Qitə çempionatı Gürcüstan və Rumıniyada təşkil olunur. Əliyar Ağayev daha əvvəl A qrupundakı Belçika - Niderland (0:0) matçını idarə edib.


Facebook-da paylaş

Xəbəri paylaş