Avropa çempionatı: Əliyar Ağayev Almaniya millisinin oyununa təyinat alıb
Azərbaycanın FIFA referisi Əliyar Ağayevin 21 yaşadək komandalar arasında keçirilən Avropa çempionatında təyinat aldığı növbəti oyun bəlli olub.
BrendSport.az xəbər verir ki, ədalət təmsilçisi C qrupunun ikinci turundakı Çexiya - Almaniya görüşündə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Matçı norveçli Espen Eskas idarə edəcək. Ona həmyerliləri Yan Erik Enqan və İsak Elias Başevkin köməklik göstərəcək.
Qeyd edək ki, iyulun 25-də Gürcüstandakı "Batumi Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Qitə çempionatı Gürcüstan və Rumıniyada təşkil olunur. Əliyar Ağayev daha əvvəl A qrupundakı Belçika - Niderland (0:0) matçını idarə edib.
Facebook-da paylaş