Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Barselona” rekorda bir addım da yaxınlaşıb



İspaniyanın “Barselona” klubu rekorda bir addım da yaxınlaşıb.

BrendSport.az
xəbər verir ki, Kataloniya təmsilçisi La Liqanın XXVIII turunda “Jirona” ilə qolsuz bərabərə qalıb.

Bu, Xavi Ernandesin kollektivinin cari mövsüm çempionatda qapısından top buraxmadığı 21-ci matç olub. Qapıçı Mark-Andre ter Ştegen klub rekordunu təkrarlamaq üçün mövsümün sonuna qədər daha 3 qarşılaşmada rəqib hücumlarına mane olmalıdır.

“Barselona”nın La Liqadakı rekordu 1986/1987 mövsümündə 24 “quru” oyun olub. Həmin vaxt çərçivəni Andoni Zubizarreta qoruyub. 2014/2015 mövsümündə isə Klaudio Bravo 23 görüşdə qapısının toxunulmazlığını qorumağı bacarıb.

Qeyd edək ki, “Barselona” hazırda 72 xalla turnir cədvəlinə başçılıq edir.


Facebook-da paylaş

Xəbəri paylaş