Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Avstriyalı futbolçu: “Azərbaycan yığması ilə oyunda debüt etməyi səbirsizliklə gözləyirəm”




“Avstriyanın əsas millisində yer aldığıma görə fəxr edirəm və Azərbaycan yığması ilə oyunda debüt etməyi səbirsizliklə gözləyirəm”.

BrendSport.az
xəbər verir ki, bunu Avstriya millisinin futbolçusu Conas Oyer “Noen” nəşrinə müsahibəsində AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan seçməsinə qarşı keçiriləcək ilk oyun barədə danışarkən deyib.

İlk dəfə əsas komandaya çağırılan 23 yaşlı sol cinah müdafiəçisi meydana çıxmaq istədiyini gizlətməyib: “Aşağı yaş qrupu yığmalarında oynadığım zaman həmişə xoşbəxt olmuşam. Amma əsas millinin düşərgəsində olmaq fərqli hissdir. Düşünürəm ki, məşqlərdə özümü yaxşı tərəfdən göstərə bilsəm, qarşıdakı matçlarda baş məşqçi mənə şans verəcək. Fikrimcə, şansım olacaq. Bundan da istifadə etməliyəm”.

Qeyd edək ki, martın 24-də Linzdəki “Raiffeisen Arena”da keçiriləcək Avstriya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


Facebook-da paylaş

Xəbəri paylaş