Krivotsyuk Koreyada meydana çıxdı
Futbol üzrə Cənubi Koreya çempionatında yeni mövsümə start verilib.
BrendSport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun yeni transfer olunduğu “Daejeon” da ilk matçına çıxıb.
Futbolçumuzun komandası doğma meydanda “Qanqvon”la qarşılaşıb. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə yekunlaşıb.
Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb
Facebook-da paylaş