Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan ilk dəfə beynəlxalq Abilimpiya çempionatında iştirak edəcək

Azərbaycan ilk dəfə beynəlxalq Abilimpiya çempionatında iştirak edəcək

Azərbaycan ilk dəfə Fransada keçiriləcək X beynəlxalq Abilimpiya çempionatında iştirak edəcək.

BrendSport.az
xəbər verir ki, bu sözləri Azərbaycan Milli Abilimpiya Federasiyasının prezidenti İlqar Rəhimov fevralın 22-də təşkil olunan mətbuat konfransında deyib.

İlqar Rəhimov bildirib ki, çempionatda poster dizayn, proqramlaşdırma, kompüter yığılması, veb-səhifələrin hazırlanması, dərzilik, çörək bişirilməsi, masaj, dulusçuluq, aşpazlıq, mətn tərtibi, ağac üzərində oyma, multimedia jurnalistikası, milçə ilə toxuculuq sahələri daxil olmaqla, ümumilikdə 13 peşə sahəsi üzrə 11 kişi və 4 qadın olmaqla 15 nəfər abilimpiyaçı iştirak edəcək.

Qeyd edək ki, çempionat martın 22-25-də Fransanın Mets şəhərində keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş