Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Mənsimov 10 milyonluq yardım etdi, hadisə yerinə getdi



"Xəzər Lənkəran"ın sahibi Mübariz Mənsimov Türkiyədə təbii fəlakət nəticəsində zərər görmüş insanlara böyük miqdarda yardım görüb.

BrendSport.az
xəbər verir ki, iş adamı hazırda Hatay şəhərində yardım kampaniyasını davam etdirilir. Zəlzələ bölgələrində mobil mətbəxlər qurulub və vətəndaşlara yemək paylanılır.

Biznesmen ümumilikdə zəlzələ nəticəsində yaranan tələfatın aradan qaldırılması və həmin müddətdə insanların çətinlik çəkməməsi üçün 10 milyon lirə dəyərində yardım edib.

Həmçinin tələbələrimizin təxliyəsini təşkil etmək və vətəndaşlarımızın problemlərini aradan qaldırmaq məqsədilə şirkətin əməkdaşları səfərbər olunublar.

Mənsimovun köməkçisi, kikboks üzrə dünya çempionu Pərviz Abdullayev hazırda Hataydadır və şirkətin yardım kampaniyasını nəzarətdə saxlayır.

Tanınmış azərbaycanlı idmançı zərərçəkmiş insanlara ərzağın paylanmasında şəxsən iştirak edir.


Facebook-da paylaş

Xəbəri paylaş