Çingiz Hüseynzadə: Bu ili uğurlu hesab edirəm
Pandemiyadan tam çıxmasaq da, bu ili uğurlu hesab edirəm. Koronavirusun ən çox zərbə vurduğu sahələrdən biri də idman olub. Başqa məsələləri əvvəlki vəziyyətinə qaytarmaq mümkündür. Amma idmançının durumunu, onun formasını dərhal bərpa etmək mümkün deyil.
BrendSport.az xəbərr verir ki, bunu Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə qurumun İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
MOK rəsmisi İcraiyyə Komitəsinin iclasında cari ilin yekunlarının müzakirə edildiyini diqqətə çatdırıb: “Eyni zamanda 2023-cü ildəki tədbirlər haqqında fikir mübadiləsi aparılıb. MOK-un 30 illik yubileyi münasibətilə Prezident İlham Əliyev bir sıra idmançıların və idman xadimlərinin mükafatlandırılması haqqında sərəncamlar imzalamışdı. Böyük fərəh hissi ilə həmin mükafatları təqdim etdik. Onların hamısını təbrik edirəm”.
Ç.Hüseynzadə 2023-cü ildə Polşada Avropa Oyunları və digər böyük yarışların da baş tutacağını diqqətə çatdırıb: "2024-cü ildə Fransanın paytaxtı Parisdə növbəti Yay Olimpiya Oyunları gerçəkləşəcək. Bu turnirlərə hazırlıq baxımından 2022-ci il uğurlu olub".
Facebook-da paylaş