Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



MOK-un İcraiyyə Komitəsinin iclası olub

MOK-un İcraiyyə Komitəsinin iclası olub



Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin (İK) iclası keçirilib.
BrendSport.az xəbər verir ki, qurumun vitse-prezidenti Çingiz Hüseynzadə İK-nin iclasının iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edib. İcraiyyə Komitəsinin gündəliyindəki məsələlər 2022-ci ilin idman yekunları, 2023-cü ilin idman tədbirləri haqda fikir mübadiləsi aparıldıqdan sonra MOK-un 30 illik yubiley tədbirləri haqqında xüsusi təqdimatı iclas iştirakçılarının diqqətinə çatdırıb. Cari məsələlərin müzakirəsindən sonra dövlət tərəfindən verilmiş mükafatların təqdimatı keçirilib. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə və idmanının inkişafında xidmətlərinə görə Zemfira Meftaheddinova, Rəfiqə Şabanova, Xəzər İsayev, Nazir Rəhimov Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu, Murad Fərzəliyev və Mehman Kərimov “Tərəqqi” medalı ilə təltif olunublar. Nazim Hüseynov və Vaqif Əliyevə isə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib. İdmanının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunan Ağacan Abiyev də təltifolunanlar sırasında idi.


Facebook-da paylaş

Xəbəri paylaş