Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan yığması Avropa çempionatında 39 ölkə arasında finalda ən çox təmsilçisi olan 8 komandadan biridir

Azərbaycan yığması Avropa çempionatında 39 ölkə arasında finalda ən çox təmsilçisi olan 8 komandadan biridir


Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı davam edir.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən BrendSport.az-a bildiriblər ki, martın 13-də start götürən yarışda oğlanlar arasında yarımfinal görüşlərinin yekununa əsasən, finalda təmsil olunacaq ölkələrin siyahısı açıqlanıb.
Avropa çempionatında 13 çəkidən 7-də mübarizə aparan millimizin 2 boksçusu həlledici qarşılaşmada iştirak hüququ qazanıb. Yığmamız bu nəticə ilə 39 ölkə arasında finalda ən çox təmsilçisi olan 8 komandadan biridir.
Ümumilikdə, cəmi 15 ölkənin boksçusu çempionluq üçün mübarizə aparacaq. Bu siyahıda 3-8-ci yerləri bölüşən Azərbaycanı yalnız Ukrayna və İtaliya qabaqlayır.
Qeyd edək ki, Poreçdə keçirilən Avropa çempionatında final qarşılaşmaları martın 23-də olacaq. Həmin gün Nicat Hüseynov (51 kq) gürcüstanlı Lekso Xasaya ilə, Ruslan Qədirov (54 kq) türkiyəli Samet Gümüşlə görüşəcəklər.


Facebook-da paylaş

Xəbəri paylaş