Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Abbas Dadaşov: Qran-Pri turnirində Azərbaycanı yüksək səviyyədə təmsil etdiyim üçün sevinirəm

Abbas Dadaşov: Qran-Pri turnirində Azərbaycanı yüksək səviyyədə təmsil etdiyim üçün sevinirəm


Yarışa ciddi hazırlaşmışdım və qızıl medal qazanmağı qarşıma məqsəd qoymuşdum. Rəqiblərim güclü olsalar da, onları məğlub etdim. Qran-Pri turnirində Azərbaycanı yüksək səviyyədə təmsil etdiyim üçün sevinirəm.
Bu sözləri BrendSport.az-a müsahibəsində Xorvatiyanın Samobor şəhərində keçirilən 30-cu Qran-Pri turnirində qızıl medal qazanmış Abbas Dadaşov söyləyib.
Turnirdə 18-21 yaşlı gənclərin yarışında 84 kiloqram çəki dərəcəsində mübarizə aparan karateçimiz bu yarışın onun üçün əsl sınaq olduğunu bildirərək deyib: “Zədələrimin ciddi olmasına baxmayaraq, yarışda iştirak etmək və yüksək nəticə göstərmək arzusunda idim. Məşqlərdə bütün əziyyətlərə qatlaşırdım ki, əla formada olum. Xorvatiya və Slovakiya təmsilçiləri ilə ilk iki görüşüm tam üstünlüklə başa çatdı, yarımfinala vəsiqə uğrunda isə Xorvatiyanın digər idmançısını məğlub etdim. Son iki görüşüm çox çətin keçdi. Rəqiblərim müxtəlif rəsmi yarışlarda qalib və mükafatçılar sırasında yer alan idmançılar olsalar da, qalib gəlməyi bacardım”.
Abbas Dadaşov qarşıda karateçilərimizi bir sıra ciddi yarışların gözlədiyini və bu turnirlərdə də uğurla çıxış etmək üçün böyük səy göstərəcəyini bildirib. O qeyd edib: “Azərbaycan karateçiləri dünyada ciddi rəqib kimi tanınırlar. Ona görə də komandamızın hər bir üzvü meydana qələbə üçün çıxırdı. Növbəti yarışlarda da Azərbaycanı layiqincə təmsil etmək üçün bütün səylərimi əsirgəməyəcəm”.


Facebook-da paylaş

Xəbəri paylaş