Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Vladimir Şulikin: “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziyanı təmin etməyə çalışacağıq

Vladimir Şulikin: “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziyanı təmin etməyə çalışacağıq


Qarşımızda duran əsas vəzifə finala vəsiqə qazanmaq idi. Bu mərhələni adladıqdan sonra diqqətimizi medal qazanmağa yönəltmişdik. Dünya kubokunda idmançılar yeni qaydaları sınaqdan keçirdilər. Mən deyərdim ki, bu qaydaların tətbiqi idmançıların çıxışlarına müsbət təsir göstərdi.
BrendSport.az xəbər verir ki, bunu batut gimnastikası üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Vladimir Şulikin Bakıda keçirilən dünya kuboku yarışı ilə bağlı danışarkən deyib.
Yeni qaydaların rəqiblərin çıxışlarının diqqətlə izlənilməsini tələb etdiyini vurğulayan mütəxəssis bildirib: “Rəqibin xallarına əsasən biz idmançımızın daha çətin və ya asan kombinasiya üzrə çıxış etməsinə qərar veririk. Ümumiyyətlə, yarışlar ədalətli keçdi. Təmsilçimiz Selcan Mahsudova gənclər kateqoriyasından böyüklərə yeni keçib. Bu baxımdan öz üzərində daha çox işləməlidir. Qarşıda bizi bir sıra dünya kuboku yarışları, iyunda İtaliyada Avropa çempionatı və noyabrda Bolqarıstanda dünya çempionatı gözləyir. Gələn ildən etibarən isə idmançılar “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xalları toplamağa başlayacaqlar. Biz də “Paris-2024”ə lisenziyanı təmin etməyə çalışacağıq.
Qeyd edək ki, Azərbaycan batutçusu Selcan Mahsudova Bakıda təşkil olunan dünya kuboku yarışında gümüş medal qazanıb.


Facebook-da paylaş

Xəbəri paylaş