Bakıda keçiriləcək batut gimnastikası üzrə dünya kuboku yarışlarında 14 ölkədən 63 idmançı iştirak edəcək
Fevralın 12-13-də Milli Gimnastika Arenasında batut gimnastikası üzrə dünya kuboku yarışları keçiriləcək.
BrendSport.az Azərbaycan Gimnastika Federasiyasının feysbuk səhifəsinə istinadla xəbər verir ki, 2022-ci ildə federasiyanın keçirəcəyi ilk beynəlxalq yarışda 14 ölkədən 63 idmançının iştirakı gözlənilir.
Yarışlar “İdman TV” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Turnirdə ölkəmizi Selcan Maqsudova təmsil edəcək.
Facebook-da paylaş