Azərbaycan milli komandasının futzalçısı klubunu dəyişə bilər
Futzal üzrə Azərbaycan milli komandasının üzvü Rafael Vilela klubunu dəyişə bilər.
BrendSport.az xəbər verir ki, İspaniyanın “Palma” klubunda çıxış edən braziliyalı futzalçı Rusiyanın “Tümen” komandasına keçə bilər. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
“Tümen” transfer dönəminin sonunadək Vilelanı heyətinə cəlb etmək istəyir.
Facebook-da paylaş