Millimizin üzvü Türkiyədə klubunu dəyişə bilər
Türkiyənin “Ankaraspor” klubu futbol üzrə gənclərdən ibarət milli komandamızın üzvü Mustafa Yıldırımı heyətinə qata
BrendSport.az xəbər verir ki, komandanın baş məşqçisi vaxtilə ölkəmizdə “Qarabağ” və “Neftçi”də məşqçi kimi çalışmış Mehmet Ak hücumçunun oyununu yaxından izləyir. Hazırda Türkiyə birinci divizionunda çıxış edən “İstanbulspor” klubunun şərəfini qoruyan Yıldırım əsas heyətə düşməkdə çətinlik çəkir.
Hazırda birinci divizionda qalmaq uğrunda mübarizə aparan “Ankaraspor” klubu bu vəzifənin öhdəsindən gələrsə, artıq yay transfer pəncərəsində millimizin üzvünü icarəyə götürməyi planlaşdırır.
Facebook-da paylaş