Azərbaycanda çıxış etmiş 2 futbolçu Latviya tarixinin rəmzi komandasında yer alıb
Latviya futbol tarixinin rəmzi komandası müəyyənləşib.
BrendSport.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) ölkə futbol tarixinin ən yaxşı “11-liy”ini açıqlayıb.
Siyahıda Azərbaycanda oynamış iki futbolçu da yer alıb. Bunlar “Bakı”nın sabiq yarımmüdafiəçisi Andrey Ştoltsers və hücumçusu Maris Verpakovskisdir.
Heyətdə qapıçı - Aleksandr Kolinko, müdafiəçilər - Vilnis Straume, Mixail Zemlinski, İqor Stepanov, Yuri Şevlakov, yarımmüdafiəçilər - Vitali Astafyev, Yuri Layzans, Andrey Ştoltsers, hücumçular - Marian Pahar, Georqi Smirnov və Maris Verpakovskis yer alıblar.
Qeyd edək ki, A.Ştoltsers 2005/2006-cı, M.Verpakovskis isə 2011/2012-ci il mövsümündə ölkəmizdə “Bakı”nın formasını geyiniblər.
Facebook-da paylaş