Əsas Səhifə > Maraq > Azərbaycanda çıxış etmiş 2 futbolçu Latviya tarixinin rəmzi komandasında yer alıb
Azərbaycanda çıxış etmiş 2 futbolçu Latviya tarixinin rəmzi komandasında yer alıb5-02-2022, 17:45 |
Latviya futbol tarixinin rəmzi komandası müəyyənləşib. BrendSport.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) ölkə futbol tarixinin ən yaxşı “11-liy”ini açıqlayıb. Siyahıda Azərbaycanda oynamış iki futbolçu da yer alıb. Bunlar “Bakı”nın sabiq yarımmüdafiəçisi Andrey Ştoltsers və hücumçusu Maris Verpakovskisdir. Heyətdə qapıçı - Aleksandr Kolinko, müdafiəçilər - Vilnis Straume, Mixail Zemlinski, İqor Stepanov, Yuri Şevlakov, yarımmüdafiəçilər - Vitali Astafyev, Yuri Layzans, Andrey Ştoltsers, hücumçular - Marian Pahar, Georqi Smirnov və Maris Verpakovskis yer alıblar. Qeyd edək ki, A.Ştoltsers 2005/2006-cı, M.Verpakovskis isə 2011/2012-ci il mövsümündə ölkəmizdə “Bakı”nın formasını geyiniblər. Geri qayıt |