Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Şəhriyar Məmmədyarov “Champions Chess Tour”un ilk mərhələsi olan “Airthigs Masters” turnirində iştirak edəcək

Şəhriyar Məmmədyarov “Champions Chess Tour”un ilk mərhələsi olan “Airthigs Masters” turnirində iştirak edəcək


“Champions Chess Tour”un ilk mərhələsi olan “Airthigs Masters” turnirinin iştirakçılarının siyahısı müəyyənləşib.
BrendSport.az xəbər verir ki, fevralın 19-da start götürəcək yarışda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov da iştirak edəcək.
Yarışda dünyanın ən güclü şahmatçıları ilə yanaşı, gənc istedadlar da güclərini sınayacaqlar. Belə ki, 2021-ci ildə rapid üzrə dünya birinciliyində hazırkı dünya çempionu Maqnus Karlsen, rusiyalı tanınmış qrosmeyster Yan Nepomnyaşi, ABŞ təmsilçisi Fabiano Karuananı məğlub edən və nüfuzlu yarışın qalibi olan 17 yaşlı özbəkistanlı Nodirbek Abdusattorov da yer alıb. Eyni zamanda, turnirdə 16 yaşlı hindistanlı Rameşbabu Praqqnanandaa və digər gənc şahmatçılar da mübarizə aparacaqlar.
Ötən il keçirilən analoji turnirin ən yaddaqalan hadisələrindən biri Teymur Rəcəbovun finalda ermənistanlı şahmatçı Levon Aronyan üzərində parlaq qələbə qazanmaqla qalib olması olub. Digər maraqlı hadisə isə rusiyalı şahmatçı Daniil Dubovun Maqnus Karlseni dörddəbir finalda yarışdan kənarlaşdırması idi.
Yarışın ilkin mərhələsi dairəvi sistemlə keçiriləcək və 16 oyunçudan yalnız 8-i pley-offa yüksələcək. Turnir fevralın 26-dək davam edəcək.


Facebook-da paylaş

Xəbəri paylaş