Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Australian Open-2022" final: Rafael Nadal Daniil Medvedevlə qarşılaşacaq

"Australian Open-2022" final: Rafael Nadal Daniil Medvedevlə qarşılaşacaq

Bu gün “Böyük dəbilqə” seriyasından kişilər arasında “Australian Open-2022” turnirinin final oyunu keçiriləcək.
BrendSport.az xəbər verir ki, Bakı vaxtı ilə saat 12:30-da start götürəcək görüşdə ispaniyalı Rafael Nadal və rusiyalı Daniil Medvedev üz-üzə gələcəklər. İspaniyalı tennisçi yarımfinalda italiyalı Matteo Barrettini (6:3, 6:2, 3:6, 6:3) məğlub edib. Daniil Medvedev isə Yunanıstan təmsilçisi Stefanos Tsitsipasdan üstün olub (7:6, 6:4, 6:4, 6:1).
Turnirdə rusiyalı Daniil Medvedev qələbə qazanarsa, Novak Cokoviç Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) reytinqində liderliyi əldən verəcək. Yarışın ümumi mükafat fondu 54 milyon ABŞ dolları təşkil edir.
Qeyd edək ki, “Australian Open-2022” mövsümün ilk “Böyük dəbilqə” seriyalı turniridir.


Facebook-da paylaş

Xəbəri paylaş