“Australian Open” turnirinin finalında Daniil Medvedev və Rafael Nadal qarşılaşacaqlar
“Böyük dəbilqə” seriyasından kişilər arasında “Australian Open-2022” turnirinin finalçıları müəyyənləşib.
BrendSport.az xəbər verir ki, finalda İspaniyalı Rafael Nadal və rusiyalı Daniil Medvedev üz-üzə gələcəklər. İspaniyalı tennisçi yarımfinalda italiyalı Matteo Barrettini (6:3, 6:2, 3:6, 6:3) məğlub edib. Daniil Medvedev isə Yunanıstan təmsilçisi Stefanos Tsitsipasdan üstün olub (7:6, 6:4, 6:4, 6:1).
Turnirdə rusiyalı Daniil Medvedev qələbə qazanarsa, Novak Cokoviç Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) reytinqində liderliyi əldən verəcək. Yarışın ümumi mükafat fondu 54 milyon ABŞ dolları təşkil edir. Mövsümün ilk “Böyük dəbilqə” seriyalı turnirinə yanvarın 30-da yekun vurulacaq.
Facebook-da paylaş