İtaliya kuboku yarışının dörddədir finalçıları müəyyənləşib
Futbol üzrə İtaliya kuboku yarışının səkkizdədir final mərhələsinin sonuncu oyunu keçirilib.
BrendSport.az xəbər verir ki, oyunda “Roma” öz meydanında “Leççe” komandasını qəbul edib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə baş çatıb.
Bu görüşdən sonra İtaliya kuboku yarışının dörddədir final mərhələsinə yüksələn bütün iştirakçılar məlum olub.
Dörddədir finalda “Yuventus” klubu “Sassuolo”, Berqamo təmsilçisi “Atalanta” kollektivi “Fiorentina”, “Milan” komandası “Latsio”, “İnter” isə “Roma” ilə qarşılaşacaq.
Yarışın dörddədir final mərhələsinin oyunları fevralın 9-da keçiriləcək.
Facebook-da paylaş