Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Futbol üzrə İtaliya kuboku: “Roma” böyük hesabla məğlub olaraq mübarizəni dayandırıb



Yanvarın 30-da futbol üzrə İtaliya kubokunun dörddəbir final mərhələsinin növbəti görüşü keçirilib.

BrendSport.az xəbər verir ki, “Artemio Franchi” stadionunda baş tutan görüşdə “Fiorentino” klubu “Roma” komandasını qəbul edib. Qarşılaşma meydan sahiblərinin 7:1 hesablı qələbəsi ilə başa çatıb.

Florensiyalıların həyətində Federiko Cieza (7, 18, 74), Luis Muriel (33), Marko Benassi (66) və Covani Simeone (79, 89) fərqləniblər. “Roma”ın təsəlli qolunu isə Aleksandr Kolarov (28) vurub.

İtaliya Futbol Federasiyasının reqlamentinə əsasən, kubok uğrunda yarışın pley-off mərhələsində komandalar bir dəfə qarşılaşırlar. Buna görə də “Fiorentina” yarımfinal mərhələsinə vəsiqə qazanıb. “Fiorentina” yarımfinalda “Atalanta” – “Yuventus” oyunun qalibi ilə üz-üzə gələcək.


Facebook-da paylaş

Xəbəri paylaş