Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Şahmatçılarımız Plovdivdə açıq çempionatda iştirak edirlər

Şahmatçılarımız Plovdivdə açıq çempionatda iştirak edirlər

Bolqarıstanın Plovdiv şəhərində gənclər (U-21) arasında şahmat üzrə açıq çempionat davam edir.
BrendSport.az xəbər verir ki, Azərbaycan şahmatçıları Vüqar Əsədli, Məhəmməd Muradlı, Nail Bəşirli və Gövhər Beydullayevanın iştirak etdikləri yarışda artıq 5 turun oyunları keçirilib. Ötən turların nəticələrinə görə, təmsilçilərimizdən ən yaxşı nəticəni Vüqar Əsədli göstərib.
Şahmatçımız 4 xalla liderlər qrupunda mübarizə aparır. Məhəmməd Muradlı, Nail Bəşirli hərəyə 3,5, Gövhər Beydullayeva 2,5 xal qazanıblar.
İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir.


Facebook-da paylaş

Xəbəri paylaş