Yunan-Roma güləşi üzrə millimizin dünya çempionatı üçün heyəti açıqlanıb
Rusiyanın Ufa şəhərində gənc güləşçilər arasında dünya çempionatı davam edir.
BrendSport.az xəbər verir ki, yarışın son 3 günündə mübarizəyə qoşulacaq yunan-Roma güləşçilərimiz bu gün Rusiyaya yollanıblar.
Heyətdə böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov və Zöhrab Abbasovun rəhbərliyi altında Elmir Əliyev (55 kq), Nihat Məmmədli (60 kq), Ziya Babaşov (63 kq), Həsrət Cəfərov (67 kq), Xasay Həsənli (72 kq), Elcan Məmmədov (77 kq), Murad Əhmədiyev (82 kq), Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) yer alıblar.
Avqustun 20-də 55, 63, 77, 87 və 130 kiloqram çəki dərəcələrində yer alan güləşçilər xalçaya çıxacaqlar. Növbəti gün digər çəki dərəcələrində pəhləvanlar mübarizəyə qoşulacaqlar.
Facebook-da paylaş