Millimizin oyunlarının başlama vaxtı müəyyənləşib
Futbol üzrə Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də Lüksemburq, ayın 4-də İrlandiya və oktyabrın 12-də Serbiya milli komandalarına qarşı keçirəcək oyunların stadionu və başlama vaxtı məlum olub.
BrendSport.az AFFA-ya istinadla xəbər verir ki, Lüksemburqla oyun Bakı vaxtı ilə saat 22:45-də Lüksemburqdakı “Stade de Luxembourg”da, İrlandiya ilə qarşılaşma saat 20:00-da Dublindəki “Aviva”, Serbiya ilə oyun isə saat 22:45-də Belqraddakı Rayko Mitiç adına stadionda keçiriləcək.
Facebook-da paylaş