Faydalı saytlar


Reklam



Formula 1 Azərbaycan Qran-Prisi ərəb mətbuatının diqqət mərkəzindədir



BrendSport.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin “Abu Dabi Sport”, “Əl Cəzirə”, Misirin “Nile Sport”, “Oman Sport” televiziya kanalları maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən Azərbaycan Qran-Prisi haqqında geniş reportajlar yayımlayıblar.

Ərəb ölkələrinin qəzetləri və informasiya agentlikləri də Formula 1 Azərbaycan Qran-Prisi barədə silsilə materiallar dərc ediblər. Misirin MENA, Səudiyyə Ərəbistanının SPA, Bəhreynin BNA agentlikləri yarışlar haqqında xəbərlər yayımlayıblar. Bundan başqa, “Əl Əhram”, “Saudi Gazette”, “The Daily Tribune – News of Bahrain” nəşrlərində yürüşün detalları haqqında xəbərlər və pilotların müsahibələri dərc olunub.


Facebook-da paylaş