Latviya Avtomobil Federasiyasının mütəxəssisləri Formula 1-də hakim kimi çalışır
Latviya Avtomobil Federasiyasının mütəxəssisləri Formula 1 SOCAR Azərbaycan Qran-Prisində hakim kimi iştirak edir.
BrendSport.az xəbər verir ki, bu barədə Latviya Avtomobil Federasiyasının texniki xidmət üzrə rəhbəri Qirt Auzinş yerli mətbuata açıqlamasında bildirib. O, federasiya üzvlərinin Formula 1 Azərbaycan Qran-Prisində hakim kimi çalışmaqlarından məmnun olduğunu söyləyib.
Latviyalı mütəxəssis yarışlar və Bakı şəhər halqası haqqında müsbət fikirlər səsləndirib. Qeyd edib ki, artıq dördüncü dəfədir keçirilən Formula 1 ötən illərdə yüksək səviyyəli təşkilatçılıq və maraqlı mübarizəyə imkan verən treklə yadda qalıb.
Aygün Əliyeva
AZƏRTAC
Facebook-da paylaş