Əsas Səhifə > Maraq > Latviya Avtomobil Federasiyasının mütəxəssisləri Formula 1-də hakim kimi çalışır

Latviya Avtomobil Federasiyasının mütəxəssisləri Formula 1-də hakim kimi çalışır


27-04-2019, 11:23


Latviya Avtomobil Federasiyasının mütəxəssisləri Formula 1 SOCAR Azərbaycan Qran-Prisində hakim kimi iştirak edir.

BrendSport.az xəbər verir ki, bu barədə Latviya Avtomobil Federasiyasının texniki xidmət üzrə rəhbəri Qirt Auzinş yerli mətbuata açıqlamasında bildirib. O, federasiya üzvlərinin Formula 1 Azərbaycan Qran-Prisində hakim kimi çalışmaqlarından məmnun olduğunu söyləyib.

Latviyalı mütəxəssis yarışlar və Bakı şəhər halqası haqqında müsbət fikirlər səsləndirib. Qeyd edib ki, artıq dördüncü dəfədir keçirilən Formula 1 ötən illərdə yüksək səviyyəli təşkilatçılıq və maraqlı mübarizəyə imkan verən treklə yadda qalıb.

Aygün Əliyeva

AZƏRTAC
Geri qayıt