Markus Eriksson Bakıda qəza ilə bağlı Qrojanın ittihamlarına zarafatla cavab verib
2019-cu il Formula 1 Azərbaycan Qran-Prisi ərəfəsində çempionatın rəsmi Twitter hesabında Bakıda keçirilən ötənilki yürüş zamanı baş vermiş gülməli epizod xatırlanıb.
BrendSport.az xəbər verir ki, o vaxt “Haas” komandasının pilotu Romen Qrojan trasda təhlükəsizlik avtomobilinin olduğu dəqiqələrdə qəza keçirib. Fransız təkərləri çox cəld isidib və nəticədə qəzaya uğrayıb. Bundan dərhal sonra Qrojanın mühəndisi hesablayıb ki, Romen öz xoşu ilə divara çarpılmayıb, Markus Erikssonun “Zauber”i ona arxadan zərbə vurub.
Formula 1-in Twitter hesabında yazılıb: “Həmin məqamda Eriksson nə düşünürdü?” Bu suala Qrojanın qəzasının videomaterialı və isveçli pilotun ünvanına ittihamlar da əlavə olunub.
2019-cu il mövsümündə “IndyCar” komandasında çıxış edən Eriksson isə videoçarxı belə şərh edib: “Sadəcə özümü və super qabiliyyətimi düşünürdüm”.
Facebook-da paylaş